Haqqımızda

"Buludtelecom" fiber optik texnologiya əsasında yüksək sürətli və keyfiyyətli internet xidmətləri göstərən aparıcı internet provayderlərindən biridir.

Şirkət informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Öz yüksək sürətli şəbəkəsini daim genişləndirərək bu gün Azərbaycanın bütün ərazisində ev və biznes müştərilərinə xidmət göstərir.

"Buludtelecom" RIPE NCC assosiasiyasının üzvüdür və LIR (Local Internet Registry) statusuna malikdir. Bu, müştərilərimizə qlobal IP ünvan resurslarını daha çevik və operativ şəkildə təqdim etməyə imkan verir.

2002ildən bazarda
Fiber optikyüksək sürətli şəbəkə
RIPE NCCüzvü və LIR statusu
24/7texniki dəstək

Missiyamız

Yeni nəsil internet texnologiyaları vasitəsilə rahat xidmətlər yaradaraq, yüksək keyfiyyət və əla servis göstərməklə müştərilərimizin fərdi və biznes ideyalarının inkişafına müsbət təsir etmək.

Hədəfimiz

Ən son internet texnologiyaları əsasında müştərilərimizin ehtiyaclarına uyğun xidmətlər yaratmaqla daha çox insanı yeni informasiya cəmiyyətində birləşdirmək.

Prinsiplərimiz

  • Etibarlılıq
  • Dürüstlük
  • Peşəkarlıq
  • Məsuliyyət
  • Məxfilik
  • Yeniliklərə açıqlıq

Müştəri məmnuniyyəti ən böyük mükafatımızdır

Suallarınıza cavab verməyə və lazımi məsləhətləri verməyə hər zaman hazırıq. Texniki şöbəmiz yaranan problemləri ən qısa zamanda və effektiv şəkildə həll edir.

24/7gündə 24 saat, həftədə 7 gün, ildə 365 gün

Tərəfdaşlarımız

Fortinet
TPlink
Ripe NCC
Aztelekom IB
Rabita ve Yuksek Texnologiyalar Nazirliyi
Cogentco
Delta Telecom
Huawei