Haqqımızda

İnformasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “Bulud Telecom” MMC abunəçilərə müxtəlif kommunikasiya xidmətləri təklif edən qabaqcıl şirkətdir. “Bulud Telecom” MMC abunəçilərini fiber optik internet və rəqəmsal televiziya xidmətləri ilə təmin edir. Internetdən istifadə zamanı meydana çıxa bilən hər bir problemə texniki personalımız operativ müdaxilə edə və nasazlığı zamanında aradan qaldıra bilir. Xidmətlərdən yararlanmaq üçün istifadəçinin mənzilinə yüksək məlumat ötürülmə qabiliyyətinə məxsus fiber optik kabel çəkilir. Bu texnologiya hətta yükləmələr zamanı göstərilən xidmətlərin sabitliyini və keyfiyyətini təmin edir. Yüksək tutumu sayəsində bütün rəqəmsal xidmətlər tək bir kabel üzərindən təqdim olunur.

Sizə ən əsası - yüksək keyfiyyətli internet, Bakının mərkəzindən uzaqlığı, günün istənilən vaxtından və şəbəkə yüklənməsindən asılı olmayaraq daimi stabil və kəsintisiz internet xidmətini təmin edirik. Bu səbəbdən “Bulud Telecom” MMC qısa vaxt ərzində Bakı sakinləri arasında yüksək etimad qazanmışdır.Yüksək sürət və vahid lokal şəbəkə istifadə rahatlığını təmin edir. Sən də bizə qoşul!

about
figure
figure
figure